BAKI, 24 oktyabr — Sputnik. Çin kosmik zibilləri təmizləmək üzrə texnologiyalarını sınamaq üçün "Şitszyan-21" peykini uğurla orbitə buraxıb. Bu barədə ÇXR Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.
Uçuş Pekin vaxtı ilə saat 09:27-də ölkənin cənub-qərbindəki Sıçuan əyalətindəki "Siçan" kosmodromundan havaya qalxan "Çançjen-3B" daşıyıcı-raketin köməyi ilə həyata keçirilib.
Peyk kosmik tullantıların, o cümlədən köhnə kosmik aparatların və raket qalıqlarının orbitdən toplanması ilə bağlı təcrübələr aparmalı olacaq.
Bu ilin yayında "Roskosmos"da bildirilib ki, hazırda Yerin orbitində ümumi kütləsi yeddi min tondan çox olan kosmik tullantılar mövcuddur.
Eləcə də oxuyun:
* Kosmik Odisseya: Buryatiyalı təqaüdçü uçan aparatların dəqiq modellərini yaradır
* Orxan Pamuku Yupiterdə də oxuyacaqlar
* Yerə qayıdan "kinoekipaj" üçün ağcaqayın şirəsi
* NASA Neptuna missiya göndərəcək