QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya, Azərbaycan və Ermənistan liderləri noyabrda görüşəcəklər?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı RİA Novosti-yə bildirib ki, əgər sammitin keçirilməsi barədə razılıq əldə olunarsa, Kreml vaxtındaca bu barədə xəbər verəcək.
Sputnik
BAKI, 23 oktyabr - Sputnik. Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş Moskvada noyabrın ilk ongünlüyündə baş tuta bilər. Bu barədə RİA Novosti vəziyyətlə yaxından tanış olan mənbəyə irtinadən xəbər verir.
"Bəli, təqribən noyabrın 8-9-da Moskvada belə bir görüşün keçirilməsi gözlənilir", - deyə mənbə bilririb.
Onun sözlərinə görə, görüşdə üçtərəfli bəyanatların imzalanması gözlənilir.
"Sənəd Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına aid olacaq. Bu mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə özləri üçün məsələnin həlli ilə bağlı "yol xəritəsini" müəyyən edəcəklər. Bundan əlavə bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair bəyanatın da qəbul olunacağı gözlənilir. Bu məsələ hələ ötən ilin noyabrında üç ölkənin liderləri tərəfindən qəbul olunmuş bəyanatda öz əksini tapıb", - deyə mənbə bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı RİA Novosti-yə bildirib ki, əgər sammitin keçirilməsi barədə razılıq əldə olunarsa, Kreml vaxtındaca bu barədə xəbər verəcək.