BAKI, 23 oktyabr - Sputnik. Cari ilin yanvar-sentyabr aylarında 119,7 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 88,4 milyon ABŞ dollarından çox olub.
Xatırladaq ki, 2020-ci ilin doqquz ayında 38,2 milyon dollarlıq 57,2 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Həmçinin oxuyun: