BAKI, 23 oktyabr — Sputnik. Xalq artisti Canəli Əkbərovla yaşadığı binanın həyətində vida mərasimi keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, vida mərasimində Xalq artistinin yaxınları, mədəniyyət nümayəndələri iştirak ediblər. Onlar mərhum xanəndəni alqış sədaları altında son mənzilə yola salıblar. Xanəndə Canəli Əkbərov bu gün ll Fəxri Xiyabanda dəfn olunub
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti, xanəndə Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib.
Xalq artisti dünən 81 yaşında dünyasını dəyişib. O, bu gün II Fəxri Xiyabanda dəfn olunub.