BAKI, 22 oktyabr — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Stavropol diyarında terror aktının qarşısını alıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, İŞİD tərəfdarı olan şəxs əldədüzəltmə partlayıcı qurğunu istifadə etməklə Stavropol diyarında nəqliyyat infrastrukturu obyektlərində terror aktları törətmək istəyib.
Adı çəkilməyən şəxs FTX tərəfindən saxlanılıb. Onun evində aparılan axtarışlar zamanı partlayıcı maddələr aşkarlanıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq cinayət işi başlayıb.