"Gürcüstan siyasi elitasının mövqeyinə ABŞ-ın da təsiri danılmazdır. Onlar bu formatın regionda Rusiya təsirini artıracağını düşünürlər. Baxmayaraq ki, belə bir formatın təşkil olunması ideası NATO üzvü olan Türkiyəyə məxsusdur. Hazırda Türkiyənin ABŞ-la olan problemləri Cənubi Qafqazda Rusiya-Türkiyə yaxınlaşmasını zəruri edir. Buradan həm də o aydın olur ki, ABŞ Türkiyə vasitəsilə NATO və Qərbin Cənubi Qafqazdakı vasitəçiliyinə ciddi önəm vermir".
"Hələlik bu formatın həyata keçirilməsinə mae ola biləcək əsas amil Rusiya-Gürcüstan münasibətləridir. ABŞ bölgədə yeni geosiyasi reallıqların dəyişməsində və Rusiyanın bölgədə hərbi mövcudluğundan ciddi şəkildə narahat olur. Hələlik bu formatın realizasiya olunmasında əyləc rolunda çıxış edən Gürcüstan və dolayısı yolla ABŞ maraqlı olmadıqlarını göstərirlər".
"ABŞ Rusiyanı Avropanın enerji bazarında sıxışdırıb çıxarmaq istədi, ancaq buna nail olmadı. Avropa Birliyi Azərbaycan və ümumiyyətlə Cənubi Qafqaz dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsinin zərurətini qəbul edir".