CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənay Qəhrəmanlıya cinsi təcavüz etməkdə təqsirləndirilən şəxs həbs edilib

Bu gün istintaq orqanının təqdimatı əsasında Ə. Ağazadə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmalıya cinsi təcavüz etməkdə şübhəli bilinən şəxs həbs edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağazadə Əsgər Yusif oğluna Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu gün istintaq orqanının təqdimatı əsasında Ə. Ağazadə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
19.10.21, 23:04
Sənay Qəhrəmanlıya cinsi təcavüz etməkdə təqsirləndirilən şəxs saxlanıldı
AXC sədrinin müavini Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadə saxlanılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Trend-ə S. Qəhrəmanlının vəkili məlumat verib.
O bildirib ki, Ə. Ağazadə şübhəli şəxs qismində saxlanılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxs Ə.Ağazadə zərərçəkmiş Sənay Qəhrəmanlının xalası oğludur.
Faktla bağlı prokurorluqdan cinayət işi başlanmışdı.
---------------------
18.10.2021
17:37
Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 27.07.2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanan cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir.
Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsi, dəqiqləşdirilməyən və istintaqın gedişinə mane ola biləcək məlumatların yayılmaması xahiş olunur.
Qeyd edək ki, siyasi fəal, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı 16 yaşında öz xalası oğlu tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.
Ondan əvvəl isə Sənay Qəhrəmanlı atası Fuad Qəhrəmanlını ona və anası Zümrüd Yağmura qarşı zorakılıqda günahlandırmışdı.