BAKI, 21 oktyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın daha 5 erməni hərbçini Ermənistana qaytarmasını alqışlayıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.
O qeyd edib ki, Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün vasitəçilik səylərini davam etdirir.
Xatırladaq ki, Azərbaycan oktyabrın 19-da 5 erməni hərbçini Ermənistana qaytarıb.
Bununla bağlı Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının keçmiş rəhbəri general Rüstəm Muradov Bakıdan İrəvana uçuş həyata keçirib.
Sputnik Ermənistan həmin gün erməni hərbçiləri aparan təyyarənin Erebuni hava limanında eniş etdiyini xəbər verib. Diversantlar Rusiya Hava-Kosmik Qüvvələrinin təyyarəsi ilə aparılıblar.
Məlumata əsasən, general Muradov təhlükəsizlik qüvvələrimiz tərəfindən saxlanılaraq həbs edilən beş erməni hərbçini Ermənistana aparıb.
Erməni KİV qaytarılan hərbçilərin adlarını açıqlayıb. Bunlar: Ambardanyan Mels, Karapetyan Rafik, Manukyan Jora, Manukyan Ovsep, Soğomonyan Sedrakdır.
Adıçəkilən ermənilər Vətən müharibəsindən sonra Azərbaycanın Xocavənd rayonu ərazisindən Azərbaycan sərhədlərini pozaraq Hadrut qəsəbəsi ərazisinə daxil olarkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə saxlanılan şəxslərin hər biri 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd olunur ki, həbs edildikdən təxminən bir il sonra azadlığa buraxılmaları, şübhəsiz ki, Bakının başqa bir humanist jestidir.
Eləcə də oxuyun:
* Casusluqda ittiham olunan iki erməninin cinayət işi məhkəməyə göndərilib
Bakıda erməni terrorçularının məhkəmə prosesləri təxirə salındı
Erməni terrorçulardan ibarət 13 nəfərlik qrupun məhkəməsində ittham aktı elan edildi
DTX və Baş Prokurorluq 13 erməni terrorçu barədə məlumat yaydı