BAKI, - 21 oktyabr - Sputnik. Azərbaycanı avrokuboklarda təmsil edən yeganə komanda “Qarabağ” bu gün növbəti oyununu keçirib.
Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin III tur matçında Qazaxıstanın "Kayrat" komandasını qəbul edib.
Görüşdəki ilk qolu qonaqlar vurub. 19-cu dəqiqədə Joze Kante penaltini dəqiq yerinə yetirib.
Qonaqlar fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.
79-cu dəqiqədə Qurban Qurbanovun yetirmələri Ramil Şeydayevin vurduğu qolla hesabı bərabərləşdirib.
90+1-ci dəqiqədə Ağdam təmsilçisi hesabı öz xeyirinə dəyişib. Abbas Hüseynovun zərbəsi dəqiq alınıb və hesab 2:1-ə dəyişib.
Beləliklə, "Qarabağ" xalını 7-yə çatdırıb.
Qrupun digər oyununda “Omoniya” “Bazel”in qonağı olacaq.
Həmçinin oxuyun: