BAKI, 21 oktyabr — Sputnik. Xaçmaz rayonunun İbrahim Məlikov adına Xudat şəhər 5 nömrəli ümumi orta məktəbinin 8-ci sinif şagirdi Xədicə Rəcəbovanın koronavirusdan deyil, ürək çatışmazlığından öldüyü məlum olub.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsində müayinə olunub.
Nəticədə onun ürək çatışmazlığından öldüyü məlum olub.
Qeyd edək ki, oktyabr ayının 21-də məktəbdə Xədicə Rəcəbovanın halı pisləşib.
Xaçmaz rayon icra hakimiyyətindən verilən məlumata görə, hadisə məktəbli idman dərsində olan zaman baş verib. Qəflətən halı pisləşən Xədicə Rəcəbova xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Məktəblinin daha əvvəl xəstələndiyi üçün bir həftə evdə müalicə aldığı, müalicədən sonra yenidən məktəbə qayıtdığı, elə həmin gün də halının kəskin pisləşdiyi bildirilir.
***
Baş Prokurorluq Xudatda məktəblinin ölümü ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bu gün Xudat şəhərində məktəbli ölümü baş verib. Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ağamirzə Əzizov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, X. Rəcəbova bir həftə əvvəl temperaturu olduğu üçün məktəbə gəlməyib:
"Anası məktəbə bildirib ki, şagirdin temperaturu var, evdə müalicə olunur. Bir həftədən sonra uşaq məktəbə gəlib. İkinci gün məktəbə gələndə vəziyyəti pisləşdiyindən xəstəxanaya çatdırılıb. Təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb".
A.Əzimov deyib ki, məktəbə şagirdin ölüm kağızı verilməyib. "Biz şagirdin ölüm səbəbini bilmirik. Yanaşı xəstəliklərinin olub-olmadığından da xəbərimiz yoxdur. Onun koronavirusa yoluxduğu barədə bizdə rəsmi məlumat yoxdur. Sadəcə temperaturu olduğu üçün koronavirusa yoluxaraq öldüyü barədə məlumatlar yayılıb. Ölümün səbəbi ekspertin rəyindən sonra bilinəcək".
***
Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib.
Xaçmaz Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ağamirzə Əzizov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, X. Rəcəbova bir həftə əvvəl temperaturu olduğu üçün məktəbə gəlməyib: "Anası məktəbə bildirib ki, şagirdin temperaturu var, evdə müalicə olunur. Bir həftədən sonra uşaq məktəbə gəlib. İkinci gün məktəbə gələndə vəziyyəti pisləşdiyindən xəstəxanaya çatdırılıb. Təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb".
A.Əzimov deyib ki, məktəbə şagirdin ölüm kağızı verilməyib.
"Biz şagirdin ölüm səbəbini bilmirik. Yanaşı xəstəliklərinin olub-olmadığından da xəbərimiz yoxdur. Onun koronavirusa yoluxduğu barədə bizdə rəsmi məlumat yoxdur. Sadəcə temperaturu olduğu üçün koronavirusa yoluxaraq öldüyü barədə məlumatlar yayılıb. Ölümün səbəbi ekspertin rəyindən sonra bilinəcək".
Qeyd edək ki, oktyabrın 19-da Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyevin COVID-19-dan öldüyü bildirilib.
Xatırladaq ki, bir müddət öncə Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9-ci sinif şagirdi Kamil Əsgərovun da koronavirusdan dünyasını dəyişdiyi bildirilsə də, bu faktı məktəb təsdiqləməmişdi. K.Əsgərovun yanaşı xəstəlikləri olduğu, allergiya səbəbindən uzun müddətdir ki, müalicə olunduğu qeyd olunmuşdu.
Məlumat üçün bildirək ki, koronavirusa yoluxma səbəbindən Azərbaycanda bir neçə təhsil müəssisəsində əyani təhsil dayandırılıb. Bundan əlavə, bəzi məktəblərdə isə yoluxma qeydə alınan bir neçə sinif distant təhsilə keçib.
Eləcə də oxuyun:
* Distant təhsil nəyi dəyişəcək? Yoluxanlar azalsa da, təhsilin keyfiyyəti...
* Bakıdakı "Ankara məktəbi" də əyani təhsili dayandırdı
* Sumqayıtda şagirdin ölümü iki nazirliyi hərəkətə keçirdi: "Vaksin vurdurun"