CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz istismar edirdilər

Prezidentin sözlərinə görə, Vejnəli qızıl yatağının qanunsuz istismarında iştirak edən xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verilib.
Sputnik
BAKI, 20 oktyabr - Sputnik. Oxçuçay təbii fəlakət zonasıdır. Orada götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi bəlkə də normanı 10 dəfə, 20 dəfə üstələyir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlətimizin başçısı deyib ki, bu çayları da təmizləyəcəyik və burada dağ-mədən sənayesi inkişaf edəcək. Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz istismar edirdilər. O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik.
Həmçinin oxuyun:
Oxçuçayın yatağı ekoloji fəlakət zonasına çevrilib
Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı faktlar açıqlanıb