Keçmiş Liviya diktatoru Muammər Qəddafinin ölümündən sonra onun maddi vəziyyəti haqqında məlumatlar açıqlanıb və bu məlumatlar hamını şoka salıb: Liviyanın keçmiş başçısının dünyanın ən zəngin adamı olduğu ortaya çıxıb.
Muəmmər bin Məhəmməd Əbu Menyar Abdel Salam bin Həmid əl-Qəddafi Liviya Cəmahiriyyəsinin keçmiş rəhbərinin tam adıdır.
Onun dəqiq doğum tarixi məlum deyil. Bioqraflarının çoxu onun 1940-cı ildə doğulduğunu iddia edirlər. Qəddafi özü, 1942-ci ilin yazında, Liviyanın Sirt şəhərindən 30 kilometr cənubda yerləşən bedevi çadırında doğulduğunu bildirib.
Əl-Qəddaf qəbiləsindən olan çobanın oğlu Liviyada mövcud olan quruluşun devrilməsini hələ uşaq yaşlarında planlaşdırmağa başlayıb. Hökumət əleyhinə nümayişlər təşkil etdiyi üçün o, məktəbdən qovulub.