HADİSƏ

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb, ölən var

Ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. Kəlbəcərdə bədbəxt hadisə baş verib. Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçaları düşüb.
Nəticədə ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda faktla bağlı araşdırma aparılır.