"İndi əsas məsələ tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı sülh sazişinin imzalanmasıdır. Qaçqınların və köçkünlərin qaytarılması məsələsi bundan sonra müzakirə oluna bilər".
"Qarabağda yaşayan ermənilər isə heç orda yaşamaq istəmirlər. Gələn xəbərlər bunu deməyə əsas verir. Ermənilər sürətlə yaşadıqları yerləri tərk edirlər. Onları orada məcburi yaşatmaq necə mümkün ola bilər?! Bizim üçün aktual olan sərhədlərin müəyyənləşməsi, sülh sazişinin imzalanması və dəhlizin açılmasıdır. Biz Lavrovdan bu istiqamətdə açıqlamalar gözləyirik".
"Birgə yaşayışın təmin olunması üçün isə etimad atmosferinin formalaşması lazımdır. Erməni icmasının da Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına çalışmaq lazımdır. Düşünürəm ki, dövlətin bununla bağlı uzun illər ərzində işlənib hazırlanmış konsepsiyası var. Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi ermənilərin də öz haqlarından istifadəsi üçün imkanlar mövcuddur. Bu gün sülhməramlıların yerləşdiyi ərazidə yaşayan ermənilərin acınacaqlı vəziyyəti hər kəsə bəllidir. Azərbaycan dövləti azad edilmiş ərazilərdə quruculuq işləri, həmçinin yaratdığı iqtisadi imkanlarla erməni icmasına da acınacaqlı həyatdan xilas imkanı tanıyır".