SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert: Qarabağdakı ermənilərin acınacaqlı vəziyyəti hər kəsə bəllidir

© Sputnik / Murad OrujovAtlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu - Sputnik Azərbaycan, 1920, 19.10.2021
Abunə olmaq
Politoloq: Bizim üçün aktual olan sərhədlərin müəyyənləşməsi, sülh sazişinin imzalanması və dəhlizin açılmasıdır.
BAKI, 19 oktyabr — Sputnik. Ötən həftə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə növbəti dövr üçün nəzərdə tutulmuş hədəflərin də təmin ediləcəyinə əmin olduğunu vurğulayaraq 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılacağını bildirdi.
Əslində işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli quruculuq işləri də köçkünlərin tezliklə öz yaşayış yerlərinə qaytarılacaqlarına əminlik yaradır.
Amma köçkünlərlə bağlı məsələ təkcə Azərbaycanın gündəmində deyil. Rusiya XİN rəhbəri Sergey Lavrov da köçkünlərin qayıdışı məsələsinə münasibət bildirib. Lavrov deyib ki, azərbaycanlı və erməni məcburi köçkünlər beynəlxalq humanitar hüququn müddəalarına tam uyğun şəkildə könüllü və təhlükəsiz şəkildə öz ev-eşiklərinə qayıtmalıdırlar. O bildirib ki, beynəlxalq təşkilatlar da bu məsələyə töhfə verə bilərlər.
Əslində müharibədən qabaqkı dövrdə azərbaycanlı və erməni icmaları arasında sülhyaratma platformaları fəaliyyət göstərsə də, torpaqlarımızın uzun illər ərzində işğal altında qalması Azərbaycanla Ermənistan arasında etimad və inam bağlarının qurulmasında effektiv nəticə əldə edilməmişdi. 44 günlük müharibədən sonra Azərbaycanın Ermənistanla olan sərhədinə çıxması yeni reallıqlar yaratdı. Artıq torpaqlarından məcburi şəkildə çıxarılmış vətəndaşların öz yurd-yuvalarına qayıtması üçün dövlət infrastruktur quruculuğunu həyata keçirir.
Sputnik Azərbaycan məcburi köçkünlərin öz yaşayış yerlərinə qaytarılması ilə bağlı səsləndirilən fikirlərə ekspertlərin də mövqeyini öyrənib.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, uzun illər torpaqlarımız işğal altında olduğu dövrdə məcburi köçkünlər məsələsi Azərbaycandan başqa kimisə narahat etmirdi:

"İndi əsas məsələ tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı sülh sazişinin imzalanmasıdır. Qaçqınların və köçkünlərin qaytarılması məsələsi bundan sonra müzakirə oluna bilər".

Politoloq hesab edir ki, böyük ölçüdə bununla bağlı problem də artıq Azərbaycan üçün mövcud deyil:

"Qarabağda yaşayan ermənilər isə heç orda yaşamaq istəmirlər. Gələn xəbərlər bunu deməyə əsas verir. Ermənilər sürətlə yaşadıqları yerləri tərk edirlər. Onları orada məcburi yaşatmaq necə mümkün ola bilər?! Bizim üçün aktual olan sərhədlərin müəyyənləşməsi, sülh sazişinin imzalanması və dəhlizin açılmasıdır. Biz Lavrovdan bu istiqamətdə açıqlamalar gözləyirik".

Azərbaycan üçün hazırda prioritet məsələ məcburi köçkünlərin yurd-yuvalarına qayıtmasıdır – deyən politoloq İlyas Hüseynov bildirib ki, ilk növbədə təhlükəsizliklə bağlı məsələlər həllini tapmalıdır.
O qeyd edib ki, üçtərəfli birgə bəyanatda da məcburi köçkünlərin yaşayış yerlərinə qaytarılması təsbit olunub:
© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov
İlyas Hüseynov - Sputnik Azərbaycan, 1920, 19.10.2021
İlyas Hüseynov

"Birgə yaşayışın təmin olunması üçün isə etimad atmosferinin formalaşması lazımdır. Erməni icmasının da Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına çalışmaq lazımdır. Düşünürəm ki, dövlətin bununla bağlı uzun illər ərzində işlənib hazırlanmış konsepsiyası var. Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi ermənilərin də öz haqlarından istifadəsi üçün imkanlar mövcuddur. Bu gün sülhməramlıların yerləşdiyi ərazidə yaşayan ermənilərin acınacaqlı vəziyyəti hər kəsə bəllidir. Azərbaycan dövləti azad edilmiş ərazilərdə quruculuq işləri, həmçinin yaratdığı iqtisadi imkanlarla erməni icmasına da acınacaqlı həyatdan xilas imkanı tanıyır".

Xəbər lenti
0