BAKI, 18 oktyabr — Sputnik. Bu yaxınlarda səhmləri Səudiyyə Ərəbistanı Dövlət Fondu tərəfindən alınan "Nyukasl" qış fasiləsində fəallıq nümayiş etdirməyəcək.
Sputnik Azərbaycan Apasport.az saytına istinadən xəbər verir ki, gözləniləndən fərqli, rəhbərlik yanvarda böyük transferlər həyata keçirməyəcək. Maliyyə Feyr-Pleyi "sağsağanlar"a 200 milyon avroluq transfer limiti tətbiq edib.
Lakin Premyer Liqa təmsilçisi dövrələrarası fasilədə oyunçu keçidlərinə cəmi 60 milyon avro xərcləməyi düşünür. PSJ və "Mançester Siti" kimi oyunçuların qiymətinin süni şəkildə artırılmasına qarşı çıxan "Nyukasl"ın yeni sahibi heyəti müəyyən dərəcədə gücləndirəcək.
Yanvardan etibarən isə klubları ilə müqaviləsi mövsümün sonuna qədər olan oyunçularla danışıq aparılacaq. Bu da kluba yayda böyük məbləğ qarşılığında 2-3 superulduz almaq imkanı yaradacaq.