CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyük Britaniya səfirindən Azərbaycan dilində təbrik

Səfir Şarp Azərbaycan dilini öyrənmək üçün aprel ayında gələrək beş həftə Gəncə və Bakıda olub. O, Azərbaycanda Birləşmiş Krallığı təmsil etməyi özünə şərəf billir
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Böyük Britaniya səfiri Ceyms Şarp 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
Sputnik Azərbaycan xəbər verir ki, səfir təbrikini Azərbaycan dilində səsləndirib. "Azərbaycandakı dostlarımızı təbrik edirəm. Bu il Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edir və tarixində yeni səhifə açır. Azərbaycan və Britaniya arasında bütün sahələrdə güclü ikitərəfli münasibətlər mövcuddur və biz Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda daim onun yanındayıq".
Qeyd edək ki, səfir Şarp Azərbaycan dilini öyrənmək üçün aprel ayında gələrək beş həftə Gəncə və Bakıda olub. Səfir Azərbaycanda Birləşmiş Krallığı təmsil etməyi özünə şərəf billir.
Böyük Britaniya parlamentinin üzvü Bob Blekmen də 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Sputnik Azərbaycan xəbər verir ki, B. Blekmen Azərbaycanı Böyük Britaniyanın Cənubi Qafqazdakı yaxın və strateji tərəfdaşı adlandırıb.
"Bu gün Böyük Britaniyanın Cənubi Qafqazdakı yaxın və strateji tərəfdaşı olan Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümüdür. Azərbaycan xalqının çoxdankı dostu olaraq ən səmimi təbriklərimi çatdırıram", - deyə parlamentari qeyd edib.