İQTİSADİYYAT

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2 dəfədən çox artıb

Bu ilin ilk 9 ayında xarici ticarətin 14,63 milyard dolları ixracın, 8,344 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 38,3% çox, idxal isə 6,7% artıb.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Bu il yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 22 974,3 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,8% çoxdur.
Bu ilin ilk 9 ayında xarici ticarətin 14,63 milyard dolları ixracın, 8,344 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 38,3% çox, idxal isə 6,7% artıb.
Son nəticədə xarici ticarətdə 6,285 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur.