İDMAN

Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Sona Rəhimova millimizin dünya çempionatının seçmə mərhələsində oktyabrın 21-də Monteneqro və 26-da Malta ilə keçiriləcək oyunlarına çağırılıb.
Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Türkiyənin qadınlardan ibarət liqasında çıxış edən "Kayseri Genclerbirliyi" klubu Azərbaycan millisinin futbolçusu Sona Rəhimovanı heyətinə qatıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kayseri təmsilçisi 20 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalayıb.
Rəhimovanın sözləşməsinin detalları açıqlanmayıb. O, artıq yeni komandası ilə məşqlərə də start verib.
Məlumat üçün bildirək ki, o, "Yukatel Kayserispor"dan "Kayseri Gənclərbirliyi" klubuna keçib. Kayseri təmsilçisi yeni mövsüm öncəsi yarımmüdafiəçinin keçidini rəsmi saytı vasitəsilə açıqlayıb. Rəhimova artıq yeni komandası ilə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, Sona Rəhimova millimizin dünya çempionatının seçmə mərhələsində oktyabrın 21-də Monteneqro və 26-da Malta ilə keçiriləcək oyunlarına çağırılıb.