HADİSƏ

Yanğın baş verən ərazidə nəqliyyatın hərəkəti bərpa edildi

Metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib.
Sputnik
BAKI, 16 oktyabr — Sputnik. Yanğınla əlaqədar metronun "N.Nərimanov" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.
Qeyd edək ki, Nərimanov rayonunda ticarət mərkəzində baş verən yanğınla əlaqədar həmin əraziyə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyuluşdu.
Məlumat üçün bildirək ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində ticarət mərkəzində baş verən yanğınla əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olub.
M.Ağayev bildirib ki, artıq sözügedən avtobuslar da öz əvvəlki hərəkət istiqaməti üzrə sərnişin daşıyırlar.
11.04
Bakının Nərimanov rayonunda yerləşən "Metro-City" ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın söndürülüb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.
O, bildirib ki, Nərimanov rayonunda bir neçə ticarət obyektində baş verən yanğın 300 kv ərazini əhatə edib:

"Yanğın söndürülüb və hazırda soyutma işləri aparılır. Yanğının söndürülməsi üçün Dövlət Yanğından və Bakı Qarnizonunun digər qüvvə və vasitələri cəlb olunub. Yanğının söndürülməsinə 21 yanğın avtomobili və 105 nəfər şəxsi heyət cəlb olunub".

Qeyd edək ki, bü gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verməsi barədə məlumat daxil olub. Saat 08:52-də daxil olan zəngdən cəmi 4 dəqiqə sonra - saat 08:56-da FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib.
***
Fövqəladə Hallar Nazirliyi paytaxtda baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, bü gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verməsi barədə xəbər daxil olub. Belə ki, saat 08:52-də daxil olan zəngdən cəmi 4 dəqiqə sonra - saat 08:56-da FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıblar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, metronun çıxışına yaxın ərazidə yerləşən bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyeklərində yanğın baş verib. Yanğının genişlənməsinin qarşısının alınaraq söndürülməsi və yaxınlıqdakı tikililərə keçməməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
***
Bakının Nərimanov rayonunda yerləşən "Metro-City" ticarət mərkəzi və ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb.
Nərimanov rayonunda yanğının baş verdiyi ərazi
Sputnik Azərbaycan xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğınla bağlı məlumat yayıb. Nazirliyin “112” qaynar telefon xəttinə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Nərimanov rayonunda yanğının baş verdiyi ərazi
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.