"Yanğınla orada olan bitki, fauna və flora tamamilə məhv olub. Orada təbiətin yenidən bərpa olunması üçün uzun illər lazım olacaq. Torpaqlarımız işğaldan azad olunduğu üçün oradakı ekosidin nəticələrini görə bilirik. Orada monitorinqin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub. Bununla bağlı cinayət işi açılacaq və beynəlxalq hüquqi müstəvidə ermənilər törətdikləri vəhşiliklər görə cavab verməli olacaqlar. Biz orada bir çox işlər görmək istəsək də əfsuslar olsun ki, bu, bizdən asılı olan məsələ deyil. Ora minalanmış ərazilər olduğu üçün çox təhlükəlidir".
"Nazirlik olaraq səlahiyyətlərimiz daxilində bu işlər görülür. Görəcəyimiz işlər mərhələlərə bölünüb".
"Burada meşə mütəxəssisləri hazırlanacaq, eyni zamanda, ixtisas artımı və digər kompleks tədbirlər həyata keçiriləcək. Ümumilikdə Cəbrayılda və digər yerlərdə işlərə başlamışıq".