BAKI, 15 oktyabr — Sputnik. Qarışıq nikahdan olan uşaqlara harada doğulmağından asılı olmayaraq avtomatik Rusiya vətəndaşlığı verilməlidir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu təkliflə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.
"Bizim reallaşdırmaq istədiyimiz növbəti addım qarışıq nikahdan doğulan uşaqların vətəndaşlıq məsələsidir. Əminik ki, qarışıq ailənin harada yaşamasından və uşağın harada doğulmasından asılı olmayaraq (Rusiya ərazisində və ya xarici ölkədə), ölkə konstitusiyasına görə o, Rusiya vətəndaşlığı almalıdır", – deyə nazir VII Ümumdünya Rusiya Həmvətənləri Konqresində bəyan edib.