BAKI, 15 oktyabr — Sputnik. Rusiyanın sabit inkişafı və onun beynəlxalq arenada möhkəmlənməsi Qərbin xoşuna gəlmir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dünya Rus Həmvətənləri Konqresində çıxışı zamanı bildirib.
"Rusiyanın daxili sabit inkişafı, beynəlxalq arenada mövqelərimizin möhkəmlənməsi açıq desək, Qərbdən olan həmkarlarımızın xoşuna gəlmir. Birtərəfli sanksiyalardan və informasiya təxribatlarından tutmuş daxili işlərə müdaxiləyə qədər geniş, bir sıra qeyri-qanuni vasitələrdən istifadə edərək bizə təzyiq göstərməyə çalışırlar", - deyə Lavrov bildirib.