HADİSƏ

Dövlət Komitəsi intihar etmiş yeniyetmə ilə bağlı məlumat yayıb

16 yaşlı A.E. əslən Yardımlı rayonundandır və Müşfiqabad qəsəbəsində valideynləri ilə birgə kirayənişin kimi yaşayırmış.
Sputnik
BAKI, 15 oktyabr — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 16 yaşlı A.E.-nin özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar etməsi ilə bağlı məlumat yayıb.
Dövlət Komitəsindən Sputnik Azərbaycan-a bildirilib ki, dərhal Qaradağ rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası ilə əlaqə saxlanılıb.
Komissiyadan Dövlət Komitəsinə verilən məlumata görə, 16 yaşlı A.E. əslən Yardımlı rayonundandır və Müşfiqabad qəsəbəsində valideynləri ilə birgə kirayəşin kimi yaşayırmış.
İlkin ehtimala görə, intihar ailə münaqişəsi zəminində baş verib.
Hazırda aidiyyəti qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.
Eləcə də oxuyun:
* Türkiyədə azərbaycanlı qadın qətlə yetirildi
* Ağdaşda sudan meyiti tapılan iki yeniyetmə qızla bağlı ilginc təfərrüatlar
* Baş Prokurorluq Səbaildə ana və balanın ölümü ilə bağlı məlumat yayıb