CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cinayət Məcəlləsinə mədəni soyqırımla bağlı maddənin əlavə edilməsi təklif olunub

Xocalı soyqırımının 30 illiyi ərəfəsində Cinayət Məcəlləsinin 103-cü maddəsinə mədəni soyqırımı təşkil edən əməllərin daxil edilməsi tarixi zərurətdən doğan fundamental hüquqi addım olardı.
Sputnik
BAKI, 15 oktyabr — Sputnik. Azərbaycanın Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
O bildirib ki, Xocalı soyqırımının 30 illiyi ərəfəsində Cinayət Məcəlləsinin 103-cü maddəsinə mədəni soyqırımı təşkil edən əməllərin daxil edilməsi tarixi zərurətdən doğan fundamental hüquqi addım olardı.
Deputat bildirib ki, belə bir qanun layihəsi ən qısa zamanda müzakirəyə təqdim edilə bilər. Mədəni və fiziki soyqırım bir-biri ilə üzvi şəkildə bağlı olan qəddar və qeyri-insanı əməllərdir.
Eləcə də oxuyun:
* Mədəniyyət naziri: Şuşada üç məscid, iki kilsəni bərpa edirik
* İlham Əliyev Cəbrayılda: "Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi"
* Qarabağ, İran, Rusiya, sülməramlılar: Prezident Əliyevin "Anadolu"ya müsahibəsi