BAKI, 15 oktyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi Amerikanın "Chafee" eskadra-mina gəmisinin Vladivostok yaxınlığında neytral sulara tərəf sıxışdırılması ilə bağlı əməliyyatın videosunu yayıb. Kadrlarda gəminin geri çəkilərək açıq dənizə tərəf üz tutduğu öz əksini tapıb.
Hadisə bu gün, oktyabrın 15-də Moskva vaxtı ilə 17:00-la 17:50 (Bakı vaxtı ilə 18:00-la 18:50) arasında Yapon dənizi hövzəsində baş verib.
Rusiyanın "Admiral Tributs" gəmisi eskadra-mina gəmisinə yaxınlaşaraq ondan kursunu dəyişməsini tələb edib. Bildirilib ki, dənizin bu hissəsi Rusiya-Çin təlimləri çərçivəsində gəmiçiliyə bağlıdır. Amerikalılar isə marşrutu dəyişə bilməyəkclərini deyiblər. Nəticədə "Admiral Tributs" gəmisi amerika gəmisini sıxışdırmağa başlayıb və onların arasında yalnız 60 metr məsafə qalanda "Chafee" geri çəkilib.