“Postmüharibə dövründə həmin kateqoriyalara aid 5320 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb, 2019 şəxs isə münasib işlərlə təmin edilib. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 548 işəgötürən qoşulub və 2967 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə artıq 873 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub”.
“Çox sağ olsun prezidentimiz, ali baş komandanımız İlham Əliyev ki, belə bir proqramın yaradılması üçün göstəriş verib. Biz sənətkarlar, şəhid ailələri özünəməşğulluq proqramından yararlanırıq. İstifadə edirik. Çox yaxşıdır belə bir proqramın olması. Məsələn mənim avadanlığım yox idi. Əvvəlcə müraciət elədim. Sonra Kurs keçdim. Mən şəhid ailəsi olduğuma görə məni növbədə qabağa da saldılar. Gətirdik avadanlıqlarımızı quraşdırdıq. İstifadə etdik. Kondisonerimə kimi, saç kəsim maşnıma kimi məni dövlət təmin elədi”.
“Müharibədən sonra mən şəhid ailəsi olaraq, məşğulluq idarəsinə müraciət etdim. Bizim ailəyə 3 baş heyvan verdilər. Bir müddətdən sonra iki heyvan bala verdi. Yemini də veriblər. Sağ olsun prezidentimiz bizə hər cür qayğı göstərir. İndi heyvanların südündən də, qatığından da istifadə edirəm. Lazım olanda satıb, ehtiyacımı da ödəyirəm. İki inəyin ikisi də süd verir. İki inəkdən hardasa 10 litr süd götürürəm”.
“ Müharibədən sonra məşğulluğa müraciət elədim. Sağ olsunlar. Müraciətdən sonra gəlib, baxış keçirdilər. Avadanlıqların hamısın təmin elədilər. Avtoyuma ilə bağlı hamısın verilər. Napor aparatdı, kompressordu, kimyəvi təmizləmə aparatıdı,, tozsorandı hamısı komplekt idi. Gətirdilər quraşdırdılar indi məndə işləyib evimə çörək pulu qazanıram”.