BAKI, 14 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin məşhur "KVN"-çi, Şən və Hazırcavablar Klubunun televiziya proqamlarının aparıcısı Aleksandr Maslyakovun "Vətən qarşısında xidmətlərinə görə" I dərəcəli Ordeni ilə təltif edilməsi haqqında fərman verib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.
Putinin sözgüdən fərmanı hüquqi məlumatların rəsmi internet portalında dərc edilib.
"Kütləvi İnformasiya Vasitələrinin inkişafına əhəmiyyətli töhfə verdiyinə və uzun illər göstərdiyi səmərəli fəaliyyətinə görə, "Birinci Kanal" Səhmdar Cəmiyyətinin proqramlarının aparıcısı Aleksandr Vasilyeviç Maslyakov "Vətən qarşısında xidmətlərinə görə" I dərəcəli ordeni ilə təltif edilsin", – deyə sənəddə bildirilir.
Qeyd edək ki, bu il noyabrın 24-də Aleksandr Maslyakovun 80 yaşı tamam olacaq.