BAKI, 14 oktyabr — Sputnik. MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında bir sıra sənədlər imzalanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iclasın sonunda MDB-yə üzv dövlətlərin xarici işlər nazirləri tərəfindən "2022-ci ildə MDB-də xalq yaradıcılığı və mədəni irs ilinin qeyd edilməsi ilə əlaqədar Tədbirlər Planının layihəsinə dair Qərar" və "Miqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair MDB iştirakçı dövlətlərin rəhbərlərinin bəyanat layihəsinə dair Qərar" sənədləri imzalanıb.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 8 aprel 2022-ci ildə Düşənbədə keçiriləcək.
Bu barədə MDB İcraiyyə Komitəsinin sədri – icra katibi Sergey Lebedev məlumat verib.
Dar formatda keçirilən budəfəki iclasda beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, növbəti iclas yerinin keçiriləcəyi şəhər müəyyənləşdirilib.
Qeyd edək ki, bu gün Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir, iclasda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov da iştirak edir.
Həmçinin oxuyun: