BAKI, 14 oktyabr — Sputnik. Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 8 aprel 2022-ci ildə Düşənbədə keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin sədri – icra katibi Sergey Lebedev məlumat verib.
Dar formatda keçirilən budəfəki iclasda beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, növbəti iclas yerinin keçiriləcəyi şəhər müəyyənləşdirilib.
Qeyd edək ki, bu gün Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir, iclasda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov da iştirak edir.
Həmçinin oxuyun: