BAKI, 14 oktyabr — Sputnik. Argentinalı futbol ulduzu Lionel Messi hazırda ciddi cəhdlə DÇ-2022-nin seçmə mərhələsində oktyabrın 15-də Peruya qarşı keçiriləcək oyuna hazırlaşır.
Sputnik Azərbaycan Mundo Deportivo-ya istinadən bildirir ki, çərşənbə günü, oktyabrın 13-də Argentina millisinin məşq keçdiyi Eseysada maraqlı olay yaşanıb.
Əlində plakat tutmuş yeniyetmə oğlan jurnalistlərin diqqətini cəlb edərək, Messiyə müraciəti ilə saatlar içində sosial şəbəkələrin ulduzuna dönüb.
"Messi, anamı bağışla. Bilmirəm, nə edim, amma adım Kriştianudur", - oğlanın əlində tutduğu plakatda yazılıb.
İllər uzunu İspaniya çempionatında, "Real Madrid"də çıxış edib, o zaman "Barcelona"da oynayan Messiyə rəqib olan portuqaliyalı ulduz Kriştianu Ronaldunu nəzərdə tutan balacanın şəklini jurnalist Qaston Edul sosial şəbəkədə paylaşıb. Bir neçə saat ərzində paylaşımı 60 mindən çox insan bəyənərək xeyli şərh yazıb.