HADİSƏ

Qubada torpaq sürüşdü, 10 ailə köçürüldü

Ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən növbətçilik təşkil olunub. Sürüşmənin aktivliyi nəzərə alınaraq müvafiq qərar qəbul olunacaq.
Sputnik
BAKI, 13 oktyabr - Sputnik. Qubanın Qrız Dəhnə kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, 50 hektar ərazini əhatə edən sürüşmə zonası dağlıq ərazidə baş verib. Sürüşmə zonasının əhatəsi genişlənir və kəndə doğru yaxınlaşır.
Quba rayon icra hakimiyyətindən verilən məlumata görə, hadisə yerinə Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev və Fövqəladə Hallar Nazirliyi əməkdaşları baxış keçiriblər. Sürüşmənin aktivliyi nəzərə alınaraq 10 ailə evlərindən köçürülüb.
Ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən növbətçilik təşkil olunub. Sürüşmənin aktivliyi nəzərə alınaraq müvafiq qərar qəbul olunacaq.
Eləcə də oxuyun:
* Lerikdə qaya uçqunu: Şükür ki, həmin vaxt yolda adam olmayıb
* Sürüşmə, uçqun və subasma sahələri - Sanki saatlı bombanın üstündəyik