HƏRBİ

Azərbaycanın Quru Qoşunlarının komandanı Türkiyəyə gedib

Təlimlərdə Türkiyə, İspaniya, Rumıniya, Gürcüstan və Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri iştirak edirlər.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
General Ə.Əfəndiyev İstanbulda keçirilən "Avrasiya sülhü - 2021" təliminin oktyabrın 14-də "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edəcək.
“Avrasiya Sülhü -2021” təlimləri 11-15 oktyabr tarixlərində İstanbulda keçirilir. Təlimlərdə Türkiyə, İspaniya, Rumıniya, Gürcüstan və Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri iştirak edirlər.
Eləcə də oxuyun:
* Azərbaycan və Türkiyə generalları Naxçıvanda
* Müdafiə Nazirliyi Ağdərə və Arazdəyənlə bağlı erməni KİV-in yalanına aydınlıq gətirdi
* Hərbi Dəniz Qüvvələrinin təlimi keçiriləcək
* Ötən həftə ordumuz - İcmal