BAKI, 13 oktyabr — Sputnik. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünə dair razılıq əldə olunub. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Hindistandan olan həmkarı ilə brifinqdə bildirib.
O, əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri planlaşdırılıb:
"Lakin səfərin tarixi hələlik bəlli deyil. Görüşlər planlaşdırılır, ən azı yeni görüş barədə razılıq əldə olunub".
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrın 24-ü Nyu-Yorkda görüş keçiriblər.