MƏDƏNİYYƏT

Azərbaycan filmi ən yaxşı ssenariyə görə beynəlxalq mükafata iddialıdır

Asiya və Saki̇t okean hövzəsi̇ ölkələri̇ Ki̇no Akademi̇yasi ənənəvi̇ mükafatının nomi̇nantları arasında Azərbaycan fi̇lmi̇ də var
Sputnik
BAKI, 13 oktyabr - Sputnik. 14-cü Asia Pacific Screen Awards (APSA - Asiya və Sakit Okean Hövzəsi Ölkələri Ekran Mükafatları) namizədləri elan olunub.
Sputnik Azərbaycan-ın məlumatına görə, 25 ölkədən 38 filmin nominant olduğu mükafatların qalibləri noyabrın 11-də Avstraliyada keçiriləcək tədbirdə açıqlanacaq.
İlqar Nəcəfin “Suğra və oğulları” filmi ən yaxşı ssenari nominasiyasında namizəddir. Film İkinci Dünya müharibəsi zamanı ucqar dağ kəndində - arxa cəbhədə baş verən hadisələrdən bəhs edir. Kəndin kişiləri müharibəyə gediblər. Suğra da kəndin digər qadınları kimi ağır məişət işləri görür, övladlarını böyüdür. Suğranın böyük oğlu Musanı cəbhəyə çağırırlar. Bu xəbərdən sonra Suğranın həyatında dramatik dönüş başlanır.
"Suğra və oğulları" filmindən kadr
Filmin çəkilişləri 2019-cu ilin noyabr-dekabr aylarında Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb. Filmin baş prodüseri İlqar Nəcəf, prodüserləri Orman ƏliyevAyhan Salar, rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, Roelof Jan Minneboo və İlqar Nəcəfdir.
Əsas rolları Günəş Mehdizadə, İlqar Cahangir, Hümbət Əhmədzadə Paşa Məmmədli ifa edirlər. Filmin təsvir rejissoru Ayhan Salardır. “Butafilm”, Bakı Media Mərkəzi, “Arizona Production” (Fransa) və “Salarfilm”in (Almaniya) birgə istehsalı olan “Suğra və oğulları” bədii filmi hazırda A kateqoriyalı Busan Beynəlxalq Film Festivalının müsabiqə bölməsinə iştriak edir.