CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabiq icra başçısının həbs müddəti uzadılıb

Qərara əsasən, Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısının həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, N.Zeynalov barəsində həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Xatırladaq ki, N.Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
O, Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Eləcə də oxuyun:
* Prezident Gədəbəyin üç il əvvəl təyin olunmuş icra başçısını vəzifəsindən azad edib
* Koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırlaşıb
* Bakının bir neçə rayonunun başçısına ciddi xəbərdarlıq edilib
* Sabiq icra başçısına 7 il 3 ay həbs cəzası verilib