CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın su ehtiyatları ilbəil azalır

Azərbaycanın su ehtiyatlarının 70-72%-i ölkə hüdudlarından kənarda formalaşır və transsərhəd çaylar vasitəsilə ölkəyə daşınır.
Sputnik
BAKI, 12 oktyabr — Sputnik. İqlim dəyişiklikləri nəticəsində Azərbaycanın su ehtiyatları ilbəil azalır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda keçirilən "1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021" tədbirində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın yerüstü su ehtiyatları 30 kubkilometr təşkil edir. Nazir müavini bildirib ki, quraq illərdə bu ehtiyatlar 20-21 kubkilometrə qədər azalır: "Azərbaycanın su ehtiyatlarının 70-72%-i ölkə hüdudlarından kənarda formalaşır və transsərhəd çaylar vasitəsilə ölkəyə daşınır".
Eləcə də oxuyun:
* Oxçuçayın yatağı ekoloji fəlakət zonasına çevrilib
* Azərbaycanda susuzluq təhlükəsinin qarşısını necə almaq olar? - ekoloq açıqlayır
* Deputatın 200 milyon avronun havaya sovrulması fikrinə "Azərsu"dan əsaslandırma