SƏHİYYƏ

Azərbaycanda əhali COVID-19 vaksinlərini məmnuniyyətlə qəbul edir - SN rəsmisi

Sputnik
BAKI, 12 oktyabr — Sputnik. Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir. Ölkədə hələlik 4 növ vaksin istifadə olunur ki, bu da kifayətdir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini bildirib ki, əhali istifadə olunan vaksinlər üçün hazırdır və onları məmnuniyyətlə qəbul edir. V.Qasımov saxta COVID-19 pasportu ilə bağlı məsələyə də münasibət bildirib.
O deyib ki, bu məsələ ilə bağlı hərtərəfli mübarizə aparılmalıdır: “Təəssüflər olsun ki, tibb işçiləri arasında da belə şəxslər var ki, buna yol verirlər. Eyni zamanda tibb işçilərini də buna vadar edənlər var. Bu da bizim əhalimizdir. İşimizi ikitərəfli aparmalıyıq. Həm tibb işçilərinin məsuliyyətini artırmalıyıq, həm də əhalidən də xahiş edirik ki, bu yola getməsin”.
V.Qasımov 3-cü doza (buster) vaksinlə bağlı danışaraq deyib ki, bu gücləndirici peyvənddir və onun kifayət qədər lazımlı olduğu öz təsdiqini tapıb.
Nazirlik rəsmisinin sözlərinə görə, 3-cü dozanı vurdurduqdan sonra immunitet xeyli artır: “Ona görə tövsiyə etmişik ki, ilk növbədə 60 yaşdan yuxarı əhali və risk qrupuna daxil olanlar bu dozanı vurdursunlar. Növbəti mərhələdə digər əhali kontingenti də buna cəlb olunacaq”.
Eləcə də oxuyun:
* Azərbaycanda koronavirus: yoluxanların sayı bir sutkada iki dəfə artdı
* Koronavirusa yoluxanların yalnız 30 fazinin psixikası bərpa olunur
* Bakıda koronavirusa görə daha bir sinif distant təhsilə keçib
* Nazirlik tibb işçiləri və yaşı 50-dən yuxarı olanları 3-cü doza peyvəndlənməyə çağırıb
* ÜST: koronavirusla mübarizədə yolun 60%-i qət olunub
* COVID-19-un yaranma nəzəriyyəsi: 2012-də...
* COVID-19-a görə müavinət hansı halda ödənilir?