AZƏRBAYCAN XƏBƏRLƏRİ

BMT-nin xidməti avtomobili Qaxda qəzaya düşüb: Xəsarət alanlar var

Qəza nəticəsində motosikletdə olan iki nəfər - Qax rayonunun Əmbərçay kənd sakinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Sputnik
BAKI, 12 oktyabr - Sputnik. Qax rayonunda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinə məxsus "Toyota Camry" markalı avtomobil qəzaya düşüb.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında şəhərin mərkəzi hissəsində qeydə alınıb.
Belə ki, "Toyota Camry" markalı 076-D-001 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə motosiklet toqquşub.
Nəticədə motosikletdə olan iki nəfər - Qax rayonunun Əmbərçay kənd sakinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.