BAKI, 11 oktyabr — Sputnik. Millət vəkili Sabir Rüstəmxanlı qiymət artımı ilə bağı parlamentdə dinləmə keçirilməsini təklif edib.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı müxtəlif sahələrdə baş verən bahalaşmaya etiraz edib:
"Bu, əhalini ciddi narahat edir. Ölkədə bahalaşma ildırım sürəti ilə gedir. Benzin qalxan kimi hər şey qalxır. Təklif edirəm ki, bu məsələ ilə bağlı parlamentdə ayrıca dinləmə keçirək və bilək ki, əhalinin real gəliri ilə qiymətlərin artması uyğundur ya yox".