RUSİYA

Putin Paşinyanla Qarabağ bəyannaməsinin reallaşdırılmasını müzakirə edəcək

Görüşdə sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi də planlaşdırılır
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Sabah, oktyabrın 12-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Qarabağa dair üçtərəfli bəyannamənin reallaşdırılması məsələsini müzakirə edəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

"Oktyabrın 12-də Moskvada RF Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar baş tutacaq. Görüşdə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağla bağlı 9 Noyabr 2020 və 11 Yanvar 2021-ci il tarixli bəyanatlarının yerinə yetirilməsi ilə bağlı məsələlər, eləcə də sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi planlaşdırılır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Nikol Paşinyan Vladimir Putinlə sonuncu dəfə bu ilin iyulun 7-də görüşmüşdü. Həmin vaxt tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrasına baxmaqla yanaşı, ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafının aktual aspektləri, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı əlaqələrin artırılması perspektivlərini müzakirə etmişdilər.