BAKI, 11 oktyabr — Sputnik. Brüsselə əlavə həcmdə Rusiya qazı lazım ola bilər. Bu barədə AB-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel "El Pais" qəzetinə verdiyi müsahibədə bildirib.
Jurnalistin "Şimal axını-2" ilə bağlı olaraq enerji qiymətlərinin artımı və təzyiqlər arasındakı əlaqə ilə bağlı sualını cavablandıran diplomat bildirib ki, Moskva qaz kəmərinin sertifikatlaşdırılması məsələsini öz xeyrinə bu cür həll etməyə çalışır. Eyni zamanda, o, Avropanın hələ də Rusiyanın yanacağına ehtiyacının olduğunu etiraf edib.
Borrelin sözlərinə görə, hazırkı vəziyyətdə müqavilədə göstərildiyindən daha çox ehtiyac olacaq.
"Biz fövqaladə vəziyyətlə üzləşdik. Qaz təchizatı problemi isə geosiyasi əhəmiyyətə malikdir", - deyə Borrel əlavə edib.
Son həftələrdə dünya enerji qiymətlərində rekord artım müşahidə olunub. Mütəxəssislər qitədə yeraltı qaz anbarlarının doldurulması səviyyəsinin aşağı olan fyuçerslərin qiymətinin kəskin artmasını, həmçinin Asiyada LNG-yə yüksək tələbatın olmasını izah ediblər.
Vladimir Putin qeyd edib ki, Rusiya mavi yanacaqla vəziyyəti sabitləşdirməyə kömək etməyə hazırdır.
Rusiyanın Xarici İşlər Nazirliyi Moskvanın "Şimal Axını-2"ni işə salmaq naminə qazın qiymətinə təsir göstərməyə çalışdığı barədə bəyanatları cəfəngiyat adlandırıb.