BAKI, 10 oktyabr - Sputnik. Oktyabrın 11-i Tatarıstanda təyyarə qəzası ilə əlaqədar olaraq matəm günü elan olunub. RİA Novosti xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat xidmətinin rəhbəri Liliya Qalimova məlumat verib.
Xatırladaq ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasında L-410 təyyarəsi qəzaya uğrayıb.
Hadisə nəticəsində ilkin məlumatlara hgörə 16 nəfər həlak olub, 6 nəfər xəsarət alıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Tatarıstan Respublikasında baş verən təyyarə qəzası ilə bağlı Rusiya xalqına başsağlığı verib.
Qeyd edək ki, L-410 regional xətlərdə uçuş üçün nəzərdə tutulmuş iki mühərrikli təyyarədir. Təyyarə 1960-cı illərdə Çexoslovakiyanın Let zavodu tərəfindən layihələndirilib. Hava gəmisinin kommersiya məqsədləri ilə istifadəsi 1973-cü ildən başlanıb.