Medianın yazdığına görə, Odessa sahillərindəki meduzaların demək olar ki, hamısı kornerot dəstəsinə aiddir. Onlar Qara və Aralıq dənizlərindəki ən iri meduzalardır. Bəzilərinin diametri 30 santimetrə çatır və müxtəlif rənglərdədirlər. Onlar süd rəngindən maviyə, mavidən qırmızıya çalan rənglərdə olurlar.
Medianın ekoloqlara istinadən verdiyi məlumata görə, bu qədər çox meduza, fito və zooplankton, onları yeyən balıq növlərinin sayının az olması ilə əlaqədardır. Beləliklə, meduzalar fəal şəkildə plankton yeyir, bu da onların sürətli böyüməsinə və çoxalmasına kömək edir.
Odessa limanlarının akvatoriyasında ötən ilin payızında da oxşar vəziyyət müşahidə olunub.