BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Tatarıstan Respublikasında baş verən təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.
Sputnik Azərbaycan xəbər verir ki, xəbərinə görə, başsağlığı mətni XİN-in tviter hesabında yayılıb.
"Tatarıstan Respublikasında paraşütçülər olan təyyarənin qəzası nəticəsində həlak olmuş şəxslərin ailələrinə və qohumlarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk", - XİN-in paylaşımında deyilir.
Xatırladaq ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasında L-410 təyyarəsi qəzaya uğrayıb.
KİV-lərin məlumatına görə hadisə nəticəsində ilkin məlumatlara hgörə 16 nəfər həlak olub, 7 nəfər sağ qalıb. Hadisə yerində xilasetmə işlər davam etdirilir.
Qeyd edək ki, L-410 regional xətlərdə uçuş üçün nəzərdə tutulmuş iki mühərrikli təyyarədir. Təyyarə 1960-cı illərdə Çexoslovakiyanın Let zavodu tərəfindən layihələndirilib. Hava gəmisinin kommersiya məqsədləri ilə istifadəsi 1973-cü ildən başlanıb.