“Biz demək olar ki, bir günün içində qiymətlərin 1900 dollara qədər artdığını və sonra 600 dollara qədər düşdüyünün şahidi olduq. Hərçənd, tələb-təklif balansı baxımından real qaz bazarında heç nə dəyişməmişdi. Avropa nə qədər qaz istehlak edirdisə, elə o qədər də etdi. Tədarük də olduğu kimi qaldı. Ancaq bu,“Şimal axını 2”-nin hələ də işə salınmaması, eləcə də kömürün qiymətinin tarixi rekord vurmasına dair xəbərə reaksiya idi”.
“Tələbin artması ilə bağlı ajiotaj isə qiyməti qaldırdı”, – deyə ekspert vurğulayır.
“Bu müsbət xəbər idi. O sərəncam verdi: əgər “Qazprom”-un əlavə ixrac imkanı varsa, heç kimi darda qoymağa dəyməz. Və bu sözlər Avropaya qaz tədarükünün artırılmasının mümkün olduğu barədə siqnal kimi səsləndi. Məhz bu siqnal yanacağın ucuzlaşmasına təsir göstərmiş ola bilər”, – deyə o vurğulayır.
“İstehlakçı-şirkətlər özlərinə bu qədər bahalı təbii qaz almağı rəva görə bilməzlər. Məsələn, azot gübrəsi istehsalçıları onu qazdan alırlar. Bir sıra şirkətlər artıq zavodların işini dayandırıblar, çünki istehsal etdikləri gübrəni belə baha qiymətə (qazın qiymətini nəzərə almaqla - red.) satmaq mümkün deyil. Ya da kənd təsərrüfatı istehsalçıları istixanalarını qazla qızdırırdılar və indi buna son qoyublar. Qazın 1000 kubmetri 200-300 dollar olanda isə başqa məsələ. Onda qaz bərpa olunan enerjidən da ucuz olur. Təbii qazın qiyməti 1000 dollara yaxınlaşanda isə əksinə, alternativ enerji mənbələri daha rəqabətə davamlı hal alır. Bizə həddən artıq yüksək deyil, yüksək qiymət sərfəlidir”.
“Yəqin ki, onlar belə bir ideyadan çıxış edərək kütləvi şəkildə qaz əqd müqavilələri almağa başlayıblar: əgər hələ indi vəziyyət belə gərgindirsə, gör istilik mövsümü başlayanda necə olacaq. Nəticədə isə müqavilələr kəskin bahaşdı”, – ekspert mülahizə yürüdür.
"Ancaq Avropa günahkarları axtarmaq əvəzinə, güzgüyə baxmalıdır. Böhran nədən yaranıb? Beləliklə, öz siyasətinizə və şirkətlərinizə diqqət yetirin! Avropa əvvəlki istilik mövsümündən boşalmış qaz anbarları ilə çıxıb”, - deyə İqor Yuşkov qeyd edib.
“Qış olduqca şaxtalı idi, sonra isti yay gəldi və havanı tənzimləmək üçün çox enerji tələb olunurdu”, - deyə o, bildirib.
“Hər bir şirkət düşünürdü: "yox, bu bir növ gurultudur, indi onu yüksək qiymətə, 400 dollara almayacağam. Çünki qışda daha ucuz olacaq və nəticə verəcək, zərəri qeyd edəcəyəm. Sonra qiymətin 500 dollar olduğunu gördülər. Yaxud, "İndi dəqiq qiymətin pikidir. Sonra daha ucuz olacaq!” Və sonra 600 dollar, 700, 800 - və oktyabr gəldi”, - deyə ekspert bildirib.
“Norveç ardıcıl olaraq dördüncü ildir ki, qaz hasilatını azaldır, Əlcəzair isə daxili istehlak artdıqca daha az qaz ixrac edir. İzahat budur”, - deyə mütəxəssis bildirib.