BAKI, 8 oktyabr — Sputnik. "Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin sayəsində Qərbi Avropadan uzaq Asiyanın ən ucqar nöqtəsinə qədər fasiləsiz qatar səfərinin həyata keçməsini mümkün etdik". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti qlobal ticarət sahəsində yeni və əhəmiyyətli alternativ olaraq getdikcə daha önə çıxmaqdadır.
Türkiyə Prezidenti həmçinin qeyd edib ki, region geostrateji əhəmiyyətini heç vaxt itirməyib.