SƏHİYYƏ

Diyetoloq badamın faydasını açıqlayıb

Kişilər üçün badam sink tərkibinə görə faydalıdır, həmçinin pis xolesterolun azalmasına da kömək edir.
Sputnik
BAKI, 8 oktyabr — Sputnik. "Qadın üçün çərəz" hesab olunan badam yaşlanmanı ləngidir. Çərəzin bu və digər faydalı xüsusiyyətləri haqqında "Moskva 24" telekanalına verdiyi müsahibədə həkim-diyetoloq Yevgeni Arzamasov danışıb.
Həkim badamın tərkibində qadınların sinir sistemini qorumağa kömək edən maqnezium və B vitaminlərinin olduğunu qeyd edib.
Həmçinin badam E vitamini və silisiumla zəngindir. Onlar dərinin elastikliyinin və möhkəmliyinin qorunmasına kömək edir, həmçinin hormonal səviyyəni də normallaşdırır.
"Manqan sümükləri osteoporozdan qorumağa kömək edir, o, həm gənclər, həm də yaşlılar üçün faydalıdır. O, sümük tərkibi üçün faydalı olan elementlərin mənimsənilməsini yaxşılaşdırmağa, həmçinin dərini zədələnmədən qorumağa kömək edir", - deyə Arzamasov vurğulayıb.
Kişilər üçün badam sink tərkibinə görə faydalıdır, həmçinin pis xolesterolun azalmasına da kömək edir. Həkim badamda kalorinin yüksək olması səbəbilə gündə 10-15 ədəddən çox yeməməyi məsləhət görüb. Müntəzəm idmanla məşğul olduqda normanı artırmaq olar.