"Araz Abdullayev daha da böyüyüb. Məni yaxşı mənada təəccübləndirdi. Ona ümid bəsləmək olar. Dadaşov uzun zədədən sonra qayıdıb. Gənc və bizim üçün vacib futbolçudur".
"30 illik təcrübəm var. Təzyiqi xoşlayıram. Federasiya 14 ay ərzindəki işimə baxacaq. 16 oyundan 13-nü evdən kənarda oynamışıq. Bu, bir az qeyri-adi vəziyyətdir. İnkişaf hiss olunur. Rəqib FIFA-nın reytinqində 50-ci olsa da, İrlandiyada yaxşı çıxış etdik".
"Əksəriyyəti İngiltərə Premyer Liqasında oynayır. İlk dəqiqələrdən yaxşı oynamalı, topa nəzarət etməliyik. Bunun üçün lazımi keyfiyyətlərimiz var. Digər tərəfdən, standart vəziyyətlər zamanı diqqətli olmalıyıq".
"O futbolçunu tanıyıram, izləmişəm. "Beşiktaş"da məcburiyyətdən oynayıb. Sol ayaqlı mərkəz müdafiəçisidir. Bizdə bu cür klublarda oynayan çox futbolçu yoxdur. Vaxtı çatanda onu da çağıracağıq".
"Bizim oyunçular bu ildən ölkə xaricinə getməyə başlayıblar. Bu, Azərbaycan futbolu üçün müsbət məqamdır. Amma cəmi 2-3 aydır orada oynayırlar. Bir ildən sonra ümumi vəziyyətə baxarıq. Sabah Mahir Emrelidən qol gözləyirəm. Çünki mənim rəhbərliyim altında fərqlənə bilməyib".