BAKI, 8 oktyabr — Sputnik. "AFFA-nın "GROW-2020 İnkişaf strategiyası"na uyğun olaraq, Premyer Liqada komandaların sayı 10-a çatdırılmalı idi".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli assosiasiyanın rəsmi saytına müsahibəsində deyib.
Funksioner bildirib ki, pandemiya ilə əlaqədar bu məsələnin həllini tapması bir qədər yubanıb:
"İlin sonuna qədər AFFA-nın yeni strategiyası ictimaiyyətə təqdim olunacaq və orada bütün bu məsələlər öz əksini tapıb. Futbolun inkişafı üçün bəzi vacib və müsbət addımlar artıq atılıb. Təbii ki, problemlərimiz mövcuddur və futbol elə idman növüdür ki, problemlər hər zaman olacaq. Amma yenə də irəli getmək üçün birlikdə addımlamalıyıq. Bu isə təkcə AFFA-nın, klubların öhdəliyi deyil, həm də digər qurumların, iş adamlarının da sosial məsuliyyətidir".